“ecaHack” müsabiqəsinin tanıtım tədbiri keçirildi

Written by ehadm on . Posted in Uncategorized

ecaHack_Press30 mart 2013-cü il tarixində- “Azercell” şirkətinin sponsorluğu, Barama İnnovasiya Mərkəzi və “Hackathon Azerbaijan” layihəsinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə reallaşan “ecaHack” müsabiqəsinin tanıtım tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan “Hackathon Azerbaijan” layihəsinin rəhbəri Rəşad Əliyev iştirakçılara təmsil etdiyi layihə ilə bağlı məlumat verib. O bildirib ki, Hackathon – hacker neologiyasıdır, proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir.
Rəşad Əliyev qeyd edib ki, layihənin əsas məqsədi bu sahədə yeni istedadları kəşf etmək, onların bilik və bacarıqlarını nümayiş etdirmək üçün imkan yaratmaq, Azərbaycanda bu sahəni genişləndirərək, ümümilikdə ölkədə İKT sahəsinin intensivləşməsinə təkan verməkdir.

Daha sonra Barama İnnovasiya Mərkəzinin kordinatoru Tofiq Məmmədov “ecaHack” müsabiqəsi, yarış mövzuları, kateqoriyar, kriteriyalar və ümumi qaydalar barədə ətraflı təqdimatla çıxış edib. O bildirib ki, “ecaHack” – Android əməliyyat sistemi əsasında komandalar arası tətbiq yarışmasıdır. Müsabiqə Şərqi Avropanın müxtəlif ölkələrində keçirilən “Global ecaHack” layihəsi çərçivəsində reallaşdırılır.

7 aprel 2013-cü il tarixinədək müsabiqədə iştirak üçün ünvanlanan müraciətlər əsasında seçilmiş iştirakçılar Android əməliyyat sistemi əsasında müxtəlif tətbiqetmələr hazırlayaraq bilik və bacarıqlarını nümayiş etdirəcəklər. Müsabiqənin final mərasimi 2013-cü ilin 13-14 aprel tarixlərində “Azercell” şirkətinin Baş ofisində keçiriləcək.

T.Məmmədov qeyd edib ki, qalib gələn iştirakçılar müxtəlif dəyərli hədiyyələr və ən əsası cari ilin oktyabr ayında Rumıniyanın Buxarest şəhərində keçiriləcək 3 günlük “Global ecaHack” müsabiqəsində öz mobil tətbiqetmələrini nümayiş etdirərək, daha qlobal səviyyədə tanınma şansı qazanacaqlar.

Tanıtım tədbiri iştirakçıları maraqlandıran sualların cavablandırılması və müzakirələr əsasında davam edib.

Məlumat üçün qeyd edək ki, müsabiqə haqqında daha ətraflı məlumatı www.hackathonazerbaijan.org və www.barama.az internet səhifələrində əldə etmək mümkündür.
20130330_152644

20130330_154653

20130330_154955

20130330_155307

20130330_160333