“ecaHack” müsabiqəsinin iştirakçıları müəyyənləşdi!

Written by ehadm on . Posted in Uncategorized

ecaHack_PressDaha öncə də məlumat verdiyimiz kimi, “Azercell” şirkətinin sponsorluğu, Barama İnnovasiya Mərkəzi və “Hackathon Azerbaijan” layihəsinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə “ecaHack” müsabiqəsi reallaşdırılır.

Məlumata əsasən, yarışmada iştirak üçün müraciət mərhələsi artıq arxada qalıb. Seçim turu əsasında, müraciət etmiş 10 komandadan aşağıda adları qeyd olunanlar “ecaHack” müsabiqəsində iştirak hüququ qazanıb:

1. Party Sanchez
2. Aphrodite
3. Babayev
4. Ziko
5. Technical_Developer
6. Wandering Minds
7. Expert

Müsabiqədə iştirak hüququ qazanan proqramçılar Android əməliyyat sistemi əsasında müxtəlif tətbiqetmələr hazırlayaraq bilik və bacarıqlarını sərgiləyəcəklər.

Müsabiqənin final mərasimi 2013-cü ilin 13-14 aprel tarixlərində “Azercell” şirkətinin Baş ofisində keçiriləcək.

Qalib gələn iştirakçılar müxtəlif dəyərli hədiyyələr və ən əsası cari ilin oktyabr ayında Rumıniyanın Buxarest şəhərində keçiriləcək 3 günlük “Global ecaHack” müsabiqəsində öz mobil tətbiqetmələrini nümayiş etdirərək, daha qlobal səviyyədə tanınma şansı qazanacaqlar.

“ecaHack” – Android əməliyyat sistemi əsasında komandalar arası tətbiq yarışmasıdır. Müsabiqə Şərqi Avropanın müxtəlif ölkələrində keçirilən “Global ecaHack” layihəsi çərçivəsində reallaşdırılır. Əsas məqsəd – mobil tətbiq sahəsində yeni istedadları kəşf etmək, onların bilik və bacarıqlarını nümayiş etdirmək üçün imkan yaratmaq, Azərbaycanda bu sahəni genişləndirərək, ümümilikdə ölkədə İKT sahəsinin inkişafına təkan verməkdir.

Müsabiqə haqqında daha ətraflı məlumatı ecahack.hackathonazerbaijan.org internet səhifələrində əldə etmək mümkündür.

“ecaHack” müsabiqəsinin tanıtım tədbiri keçirildi

Written by ehadm on . Posted in Uncategorized

ecaHack_Press30 mart 2013-cü il tarixində- “Azercell” şirkətinin sponsorluğu, Barama İnnovasiya Mərkəzi və “Hackathon Azerbaijan” layihəsinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə reallaşan “ecaHack” müsabiqəsinin tanıtım tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan “Hackathon Azerbaijan” layihəsinin rəhbəri Rəşad Əliyev iştirakçılara təmsil etdiyi layihə ilə bağlı məlumat verib. O bildirib ki, Hackathon – hacker neologiyasıdır, proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir.
Rəşad Əliyev qeyd edib ki, layihənin əsas məqsədi bu sahədə yeni istedadları kəşf etmək, onların bilik və bacarıqlarını nümayiş etdirmək üçün imkan yaratmaq, Azərbaycanda bu sahəni genişləndirərək, ümümilikdə ölkədə İKT sahəsinin intensivləşməsinə təkan verməkdir.

“Global ecaHack” layihəsi Azərbaycanda!

Written by ehadm on . Posted in Uncategorized

ecaHack_BakuDünyada mobil texnologiyalar, mobil tətbiq sahəsi günü-gündən inkişaf etməkdədir. Bu səbəbdən mobil əməliyyat sistemləri və onlar üçün proqram yazılışı məsələsi də gündəmdədir.

Mobil tətbiq sahəsinin ölkəmizdə də geniş şəkildə inkişaf etdirilməsi məqsədilə “Azercell” şirkətinin baş sponsorluğu, Barama İnnovasiya Mərkəzi və “Hackathon Azerbaijan” layihəsinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə “ecaHack” adlı müsabiqəyə start verilir.

Müraciətlər elektron variantda 7 aprel 2013-cü il tarixinədək qəbul olunacaq.

Müsabiqədə iştirak hüququ qazanan proqramçılar Android əməliyyat sistemi əsasında müxtəlif tətbiqetmələr hazırlayaraq bilik və bacarıqlarını sərgiləyəcəklər.

Müsabiqənin final mərasimi 2013-cü ilin 13-14 aprel tarixlərində “Azercell” şirkətinin Baş ofisində keçiriləcək.

Qalib gələn iştirakçılar müxtəlif dəyərli hədiyyələr və ən əsası cari ilin oktyabr ayında Rumıniyanın Buxarest şəhərində keçiriləcək 3 günlük “Global ecaHack” müsabiqəsində öz mobil tətbiqetmələrini nümayiş etdirərək, daha qlobal səviyyədə tanınma şansı qazanacaqlar.

“ecaHack” – Android əməliyyat sistemi əsasında komandalar arası tətbiq yarışmasıdır. Müsabiqə Şərqi Avropanın müxtəlif ölkələrində keçirilən “Global ecaHack” layihəsi çərçivəsində reallaşdırılır. Əsas məqsəd – mobil tətbiq sahəsində yeni istedadları kəşf etmək, onların bilik və bacarıqlarını nümayiş etdirmək üçün imkan yaratmaq, Azərbaycanda bu sahəni genişləndirərək, ümümilikdə ölkədə İKT sahəsinin inkişafına təkan verməkdir.

Müsabiqə haqqında daha ətraflı məlumatı www.hackathonazerbaijan.org və www.barama.az internet səhifələrində əldə etmək mümkündür.

article>